PRP
PRP (Platelet Rich Plasma)
PRP proseduru pasiyentin öz qanından əldə olunan zəngin plazmanın dəriyə yeridilməsi ilə həyata keçirilir. Bu üsul dərinin təbii bərpa və yenilənmə proseslərini aktivləşdirir.
PRP kollagen istehsalını artırır, dərinin elastikliyini yaxşılaşdırır və saç tökülməsi kimi problemlərdə də geniş istifadə olunur.
Təbii və təhlükəsiz üsul hesab edilən PRP proseduru xüsusilə kimyəvi müdaxilələrdən uzaq durmaq istəyənlər üçün uyğun seçimdir.